Yerevanda etiraz aksiyasının 60-dan çox iştirakçısı saxlanılıb


Dünya 18 Apr 2018 13:17:05 252 0

Yerevanda etiraz aksiyasının 60-dan çox iştirakçısı saxlanılıb

Günortaya olan məlumata görə, paytaxt polisinin müxtəlif şöbələrinə 68 akisya iştirakçısı gətirilib

Yeravan polisinin müxtəlif şöbələrinə aprelin 18-dəetiraz aksiyasının 68 iştirakçısı gətirilib.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Bu gün bir neçə yüz nəfər sabiq prezident Serj Sarqsyanın hökumət başçısı təyin edilməsinə qarşı çıxan "Yolk" ("Çıxış") müxalifət fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanın mərkəzində yürüşə başlayıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan parlamenti səs çoxluğu ilə Sarqsyanı hökumət başçısı seçib. Ermənistanın prezidenti Armen Sarkisyan təyinat barədə fərman imzalayıb. Bundan sonra N.Paşinyan bildirib ki, etiraz aksiyaları davam etdiriləcək.