Belarus Azərbaycana "Polonez” reaktiv atəş sistemləri göndərə bilər? "Kommersant" yazır


Siyasət 18 Apr 2018 13:11:00 295 0

Belarus Azərbaycana "Polonez” reaktiv atəş sistemləri göndərə bilər?  "Kommersant" yazır

2018-ci ildə Belarus Azərbaycana 10 ədəd "Polonez" reaktiv yaylım atəş sistemləri göndərə bilər.  

Son.az APA-ya istinadən xəbər verir ki, 2018-ci ilin sonuna kimi Belarus bu sahədə olan ilk ixrac müqaviləsini icra etmək niyyətindədir. Qəzetə bu barədə Belarus Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Mənbə bildirir ki, hüquqi sənədlər final mərhələsindədir, lakin sifarişçinin hansı ölkə olduğu açıqlanmayıb.

Rusiya müdafiə sənayesi sahəsindəki mənbə bildirib ki, sifarişçinin Azərbaycan olduğu ehtimal edilir.