Xəzərdə naməlum kişi meyiti tapıldı


Digərləri 18 Apr 2018 13:13:00 241 0

Xəzərdə naməlum kişi meyiti tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi meyiti aşkar edilib.

Son.az FHN-ə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb. ​