FİFA "Manchester City"ni cəzalandırmayacaq


İdman 18 Apr 2018 13:05:00 267 0

FİFA "Manchester City"ni cəzalandırmayacaq

FİFA "Paris Saint Germain"dən sonra "Manchester City"ni də transfer qadağası ilə cəzalandırmayacaq. Goal.az xəbər verir ki, hər iki klub Avropa İttifaqına daxil olmayan ölkələrdən yetkinlik yaşına çatmayan futbolçuların transferində reqlamenti pozmaqda şübhəli bilinirdi. Qurum 2016-cı ildə "Velez Sarsfield"i tərk edib "şəhərlilər"lə müqavilə imzalamış Benjamin Qarrenin məsələsini araşdırıb. Məlum olub ki, 2000-ci il təvəllüdlü futbolçunun İtaliya pasportuna malik olduğundan Argentinadan getmək hüququ varmış. Qarreyə görə "City" 2 transfer pəncərəsində yeni futbolçuların qeydiyyatından məhrum oluna bilərdi.