Qubada dostunu qətlə yetirən ər-arvadın məhkəməsi başladı


Digərləri 18 Apr 2018 13:05:00 165 0

Qubada dostunu qətlə yetirən ər-arvadın məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Quba rayon sakini Eşqin Rəsulov və həyat yoldaşı Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Quba rayon sakini Eşqin Rəsulov və həyat yoldaşı Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib və təqsirləndirilən şəxslər özlərini ittihamda təqsirli bilib. E.Rəsulov bildirib ki, dostunu söyüş üstündə qətlə yetirib. Onun sözlərinə görə, dostu ilə qumar oynayıb və uduzub. Dostu pulu tələb etsə də, onun verməyə pulu olmayıb. Nəticədə mübahisə yaranıb və dostu onu pula görə ağır söyüşlərlə təhqir edib. E.Rəsulov söyüşlərdən sonra onu qətlə yetirib.