Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzaladı


Siyasət 18 Apr 2018 12:56:27 270 0

Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzaladı

Aprelin 18-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin istefa verməsini nəzərə alan Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsini bu Sərəncamla Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edib.