Beynəlxalq Valyuta Fondu bu il Azərbaycan üçün yeni iqtisadi artım və inflyasiya proqnozunu açıqlayıb - ƏLAVƏ OLUNUB


İqtisadiyyat 18 Apr 2018 12:40:00 311 0

Beynəlxalq Valyuta Fondu bu il Azərbaycan üçün yeni iqtisadi artım və inflyasiya proqnozunu açıqlayıb - ƏLAVƏ OLUNUB

Bu barədə qurumun “World Economic Outlook 2018” hesabatında deyilir

2018-ci ildə Azərbaycanda 2%-lik iqtisadi artım olacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “World Economic Outlook 2018” hesabatında deyilir.

Qeyd edək ki,bu, qurumun ötən ilinoktyabr ayında verdiyiproqnozdan 0,7 faiz bəndi çoxdur.

IMF hesab edir ki, 2019-cu ildə isə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,9% artacaq, inflyasiyanın səviyyəsiisə bu il 7%, gələn il isə6% olacaq.

***

"2017-ci ildə Azərbaycanda istehlak qiymətləri 13% artıb. 2023-cü il üçün isə bu rəqəm 4% olacaq. Həmin il Azərbaycanda real ÜDM artımı 2,3%-ə çatacaq. 2017-ci ildə isə bu rəqəm 0,1% olub”, - deyə qurum bəyan edib.

Xatırladaq ki, IMF-nin oktyabr hesabatında 2017-ci il üçün qiymət artımı tempi10%, 2018-ci il üçün 7%, 2019-cu ilüçün isə 5% göstərilmişdi.

Dünyanın bir nömrəli maliyyə institutuAzərbaycanda işsizliyin səviyyəsinin 2018-2019-cu illərdə 5% həddində qalacağını da açıqlayıb. 2017-ci il üçün də proqnoz bu qədər olub.

“Ötən il Azərbaycanın cari balans hesabında artım3,5% olduğu halda, bu il 5,6% olacaq. Həmin göstərici 2019-cu ildə 7%, 2023-cü ildə isə 7,2% təşkil edəcək", - deyə hesabatda bildirilir.