FHN dağda köməksiz vəziyyətdə qalan iki nəfəri xilas etdi


Digərləri 18 Apr 2018 12:32:00 231 0

FHN dağda köməksiz vəziyyətdə qalan iki nəfəri xilas etdi

FHN dağda köməksiz vəziyyətdə qalan iki nəfəri xilas edib.

Bakı. Samir Əli - FHN dağda köməksiz vəziyyətdə qalan iki nəfəri xilas edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, aprelin 17-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qazax rayonu, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağında 2 nəfər köməksiz vəziyyətdə qalıb.