Tramp Türkiyəni amerikalı keşişi azad etməyə çağırdı


Dünya 18 Apr 2018 12:16:00 251 0

Tramp Türkiyəni amerikalı keşişi azad etməyə çağırdı

Onlar keşişi casus adlandırırlar. Əgər o, casusdursa, onda mən daha çox casusam.

Son.az report-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Türkiyədə dövlət çevirilişində iştirakda ittiham olunaraq həbs edilən amerikalı keşiş Endryu Bransonla bağlı "Twitter" səhifəsində yazıb.

"Keşiş Endryu Branson yaxşı insan və ABŞ-da xristian din xadimidir. Hazırda o, Türkiyədə heç bir əsas olmadan ittiham edilir. Onlar onu casus adlandırırlar. Mən daha çox casusam. Ümid edirəm ki, ona ailəsinin yanına qayıtmağa imkan verəcəklər", - D.Tramp vurğulayıb.