Qubada qadını döyərək öldürən şəxs tutuldu


Digərləri 18 Apr 2018 11:48:59 225 0

Qubada qadını döyərək öldürən şəxs tutuldu

Quba rayonunun Qırmızı Slaboda qəsəbə sakini Şüşan Sumxayevanı döyərək aldığı xəsarətlərdən ölümünə səbəb olmuş Mişi Miqirov saxlanılıb.

Bakı. Quba rayonunun Qırmızı Slaboda qəsəbə sakini Şüşan Sumxayevanı döyərək aldığı xəsarətlərdən ölümünə səbəb olmuş Mişi Miqirov saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.