Tractor son matçında da uduzdu


İdman 18 Apr 2018 11:27:00 304 0

Tractor son matçında da uduzdu

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunları keçirilib.

Goal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi Tractor növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə doğma meydanda Qətər təmsilçisi Al-Garafa ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən məğlubiyyətlə ayrılıblar - 1:3.

Beləliklə, Tractor yer aldığı A qrupunda keçirdiyi 6 oyundan 4-də uduzub, yalnız ikisində heç-heçə edə bilib. Təbriz klubu 2 xalla qrup sonuncusu olub.