Yerevanda Serj Sarqsyanın baş nazir təyin olunmasına qarşı etiraz aksiyaları davam edir


Dünya 18 Apr 2018 11:21:53 225 0

Yerevanda Serj Sarqsyanın baş nazir təyin olunmasına qarşı etiraz aksiyaları davam edir

Etirazçılar Ermənistan baş nazirinin iqamətgahını mühasirəyə alıblar

"Yolk" ("Çıxış") müxalifət parlament fraksiyasının lideri Nikol Paşinyan və onun tərəfdarları Ermənistanın sabiq rezidenti Serj Sarqsyanın ölkənin baş naziri təyin edilməsinə qarşı Yerevanda etirazları davam etdirir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, müxalifət nümayəndələri dövlət orqanlarının işini iflic etməyə çağırırlar.

N.Paşinyan və onun onlarla tərəfdarı Yerevanın mərkəzində parlament binasının olduğu Baqramyan prospektinə çıxışı olan Fransa Meydanında qərar tutublar. Üstəlik, onlar baş nazirin Baqramyan prospektindəki iqamətgahını mühasirəyə alıblar.

Ermənistan polisinin mətbuat katibliyindən bildirilib ki, Yerevanda dünən etirazçılar tərəfindən bağlanmış yollarda, Baqramyan prospekti istisna olmaqla, hərəkət tam bərpa olunub.

Qeyd edək ki, dünən Ermənistan parlamenti səs çoxluğu ilə Sarqsyanı hökumət başçısı seçib. Ermənistanın prezidenti Armen Sarkisyan təyinat barədə fərman imzalayıb. Bundan sonra N.Paşinyan bildirib ki, etiraz aksiyaları davam etdiriləcək. O dövlət qurumlarını, küçələri və magistral yolları bağlamağa dair çağırış edib.