SKMF indiyə qədər 2 mlrd. manatdan çox güzəştli kredit verib


İqtisadiyyat 18 Apr 2018 11:23:23 273 0

SKMF indiyə qədər 2 mlrd. manatdan çox güzəştli kredit verib

Fond təkcə bu ilisə 170 mln. manat kredit ayıracaq

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu il iş adamlarına az 170 mln. manat güzəştli kredit verəcək.

"Report" xəbər verir ki, bunu Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

Bundan başqa, onun sözlərinə görə, bu ilin I rübündə rəhbərlik etdiyi qurumun maliyyələşdirdiyi layihələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31%, dəyəri 5,8 dəfə, verdiyi kreditlərin məbləği 2,3 dəfə, kreditlər hesabına yaradılması gözlənilən yeni iş yerlərinin sayı isə 12,4 dəfə artıb.

“İndiyə qədər ümumi dəyəri 4,7 mlrd. manat olan 34 963 sahibkarın layihəsinə 2,1 milyard manat güzəştli kredit verilib. Bunun 1 mlrd. manatı büdcə, 1,1 milyard manatı isə geri qaytarılan vəsaitlərin hesabına ayrılıb. Güzəştli kreditlər hesabına 160 minə qədər yeni iş yeri yaradılıb”, - deyə o, qeyd edib.