Prezident İlham Əliyev və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər


Siyasət 18 Apr 2018 11:23:00 206 0

Prezident İlham Əliyev və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndərin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.