Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə namizədliyini irəli sürüb (FOTO)


Digərləri 18 Apr 2018 11:25:00 217 0

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə namizədliyini irəli sürüb (FOTO)

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası öz işinə başlayıb.

Bakı. İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası öz işinə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, sessiya aprelin 27-dək davam edəcək. İclasda ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Sessiya çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatların dinlənilməsi, qərarların qəbul edilməsi, cari il və gələcək illər üzrə fəaliyyət planlarının, maliyyə sənədlərinin və bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılır. Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış qurumudur. BTİ, ali təsisatları olan, 4 ildən bir keçirilən səlahiyyətli konfrans və hər il sessiyası keçirilən şura tərəfindən idarə olunur.