Başqırdıstanda şagirdin məktəbə hücum etməsi nəticəsində 4 nəfər xəsarət alıb - VİDEO


Dünya 18 Apr 2018 10:54:56 229 0

Başqırdıstanda şagirdin məktəbə hücum etməsi nəticəsində 4 nəfər xəsarət alıb - VİDEO

Məktəbli sinif otağını yandırmağa çalışıb

Başqırdıstanın Sterlitamak şəhərində məktəbdə baş verən hadisə nəticəsində 4 nəfər xəstəxanaya çatdırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat katibi Svetlana Kuskarbekova bildirib.

Onun sözlərinə görə, xəstəxanaya gətirilənlərdən üçü uşaqdır, onların vəziyyəti orta ağırdır, xəsarətlərin xarakteri dəqiqləşdirilir.

İlkin məlumatlara görə, Sterlitamak şəhər 1 nömrəli orta ixtisas məktəbinin 17 yaşlı şagirdi sinif yoldaşlarının dərsdə olduğu informatika otağına girərək əlindəki bıçaqla qız şagirdlərdən birinin əlini kəsib, müəllimi bıçaqla yaralayıb. Ardından sinifə yanacaq tökərək otaqda yanğın törədib. O, saxlanılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Başqırdıstan başçısı Rüstəm Xamitov hadisə yerinə gəlib.