Xalq artistindən qalmaqallı sözlər:


Kriminal 18 Apr 2018 09:50:00 243 0

Xalq artistindən qalmaqallı sözlər:

Sənətini yüksək dəyərləndirən aktrisalardandır. Hər zaman qalmaqallardan uzaq olub. Elə buna görə də tamaşaçısının gözündən heç vaxt düşməyib.

Son.az xəbər verir ki, Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərovanın yenicag.az-a müsahibəsini təqdim edirik.

- Bir çox həmkarlarınız seriallara çəkilir. Amma sizi həmin seriallarda görə bilmirik...

- Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm və eyni zamanda, teatrda da işləyirəm. Mənim üçün bu kifayətdir. Seriallarda çəkilən aktyorlara da hörmətlə yanaşıram. Bu günə qədər onlar haqqında bir kəlmə də olsun mənfi fikir söyləməmişəm, heç söyləmərəm də. Hər kəsin əziyyətinə böyük sayğım var. Cəmi bir dəfə seriala çəkilməyə razılıq verdim, iki seriyasına da çəkildim. Amma hansısa səbəblər üzündən o film yayımlanmadı. Həmin vaxt bu işin nə qədər ağır olduğunu gördüm və anladım ki, üç işi bir yerdə görə bilmərəm.

- Kommersiya filmlərində də çəkilmirsiniz. Səbəbi nədir?

- Film barədə məndən soruşmayın, mən teatr aktrisasıyam.

- Teatrda çalışan bir çox həmkarlarınız filmlərə də çəkilir, ümumiyyətlə, sizə dəvətlər olur?

- Onlar bilir ki, dəvət etsələr də, razılıq verməyəcəm və buna görə heç dəvət də etmirlər. Yalnız "Günaydın mələyim" filminə çəkilmişəm.

- Aktrisanın yaşaması üçün həm də maddiyyat lazımdır...

- Mən heç vaxt maddiyyat söhbəti etməmişəm, etmərəm də. Sənətimi çox sevirəm.

- Deyirlər Bəsdi Cəfərova "kaprizli" aktrisadır, razılaşırsınız bu fikirlə?

- Həyatda özüm qədər səbirli, dəqiq ikinci bir insan tanımıram. Bir işi üzərimə götürürəmsə, mütləq arxasında dayanıram. İşimlə bağlı çox tələbkaram. Kimsə bunu "kapriz" kimi qəbul edirsə, öz problemidir.

- Qalmaqaldan özünüzü necə qoruya bilirsiniz?

- Mənim qalmaqalla nə işim ola bilər ki? Bir az özümü tərifləyim də (gülür). Kifayət qədər istedadım var. İstedadlı insan kimə və niyə paxıllıq etsin? Qismətimə və öhdəmə düşən rolları çalışıram gözəl təqdim edim. İstər komediya, istərsə də faciə janırında olsun, fərq etməz.

- Maşallah, illər sizi heç dəyişmir.

- Ürəyim təmizdir, ona görə.

- Doğrudan, fikir vermişəm paxıl adamlar tez qocalır.

- O, çox pis şeydir, insanlara məsləhət görmürəm paxıl olmağı. Onsuz da, mənim qismətimdə nə varsa, o da olacaq. Ha mənə pislik etsinlər, xeyri yoxdur.

- Özünüzə qarşı paxıllıq hiss edəndə, həmin insanlara reaksiyanız necə olur?


Xəbərə aid fotolar