Rusiyada Facebook bağlana bilər


Dünya 18 Apr 2018 08:54:00 238 0

Rusiyada Facebook bağlana bilər

Roskomnadzor 2018-ci ilin sonuna qədər Facebook şirkətinə dair yoxlama aparacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə qurumun rəhbəri Aleksandr Jarov deyib.

Onun sözlərinə görə, Facebook şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.