Qonaq gedən kişini bıçaqlayıb, qulağını kəsdilər


Kriminal 18 Apr 2018 08:15:00 306 0

Qonaq gedən kişini bıçaqlayıb, qulağını kəsdilər

Lənkəran sakini bıçaqlanıb. Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ləj kəndinin ərazisində qeydə alınıb. Həmin kəndə qonaq gedən Girdəni kənd sakini, 1976-cı il  təvəllüdlü Vaqif Balaxan oğlu Əliağayev qayıdarkən yolda tanımadığı şəxslərlə mübahisə edib. Sonradan düşən dava zamanı V. Əliağayevin qulağı kəsilib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilk tibbi yardım göstərilib.