Neftçalada kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb


Sosial 18 Apr 2018 07:51:04 228 0

Neftçalada kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb

Hadisə rayonun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb

Neftçala rayonunda kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xolqarabucaq kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri ilə Salyanın Şorsulu kənd sakinləri arasında dava düşüb. Nəticədə 3 nəfər bıçaqlanaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hələlik hadisənin baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.