Berlinin mərkəzində II Dünya müharibəsinə aid 1,5 tonluq mərmi tapılıb


Dünya 18 Apr 2018 07:47:15 321 0

Berlinin mərkəzində II Dünya müharibəsinə aid 1,5 tonluq mərmi tapılıb

Mərmi vağzaldan 800 metr aralıda piyadaların istifadə etdiyi küçədə olub

Berlin Mərkəzi vağzalı yaxınlığında II Dünya müharibəsi illərinə aid partlamamış aviabomba aşkar edilib.

“Report” xəbər verir ki, bunu polis nümayəndələrinə istinadən "Der Tagesspiegel" nəşri yazıb.

Jurnalistlərin məlumatına görə, mərmi vağzaldan 800 metr aralıda piyadaların istifadə etdiyi küçədə tikinti işləri zamanı tapılıb.

Mərmi 1,5 tona yaxın ağırlıqda olub, onun cümə günü zərərsizləşdirilməsi planlaşdırılır.