Böyük Corc Buşun həyat yoldaşı 93 yaşında vəfat edib


Dünya 18 Apr 2018 05:46:37 307 0

Böyük Corc Buşun həyat yoldaşı 93 yaşında vəfat edib

Barbara Buş xroniki obstrüktif ağ ciyər xəstəliyindən əziyyət çəkib

ABŞ-ın sabiq prezidenti Böyük Corc Buşun həyat yoldaşı Barbara Buş 93 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü "Reuters" məlumat yayıb.

Bundan əvvəl KİV Barbara Buşun vəziyyəti pisləşməsinə baxmayaraq, həkimə müraiət etmədiyini yazırdı. Prezidentin sabiq həyat yoldaşı xroniki obstrüktif ağ ciyər xəstəliyindən əziyyət çəkib.