"Laçın" ticarət mərkəzinin qarşısında bıçaqlanma olub


Sosial 18 Apr 2018 00:45:28 342 0

"Laçın" ticarət mərkəzinin qarşısında bıçaqlanma olub

Gənc oğlan dava zamanı ayağından iki bıçaq zərbəsi alıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1998-ci il təvəllüdlü Babayev Nurlan Natiq oğlu "Laçın" ticarət mərkəzinin qarşısında tanıdığı şəxslə dava edib.

Nəticədə onun ayağına iki bıçaq zərbəsi vurulub. Yaralı "təcili yardım" vasitəsilə xəstəxanaya aparılıb.

Nizami Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.