ABŞ-da təyyarənin mühərrikinin partlaması nəticəsində 1 nəfər ölüb


Dünya 18 Apr 2018 00:16:01 270 0

ABŞ-da təyyarənin mühərrikinin partlaması nəticəsində 1 nəfər ölüb

Hava gəmisi hadisə ilə əlaqədar təcili eniş edib

ABŞ-ın "Southwest Airlines" büdcəli aviaşirkətinə məxsus sərnişin təyyarəsi mühərrikində partlayış baş verməsi səbəbindən təcili eniş edib.

“Report” "Associated Press"ə istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər həyatını itirib.

CBS-nin məlumatına görə, təyyarə Filadelfiyanın hava limanına enib.

Təyyarənin göyərtəsində 143 sərnişin və 5 heyət üzvü olub. Hava gəmisi Nyu-Yorkdan Dallasa uçurmuş.