Dünyanın ən sirli ərazisi Bu adaya gələnlər yoxa çıxır FOTO


Digərləri 17 Apr 2018 23:54:00 399 0

Dünyanın ən sirli ərazisi  Bu adaya gələnlər yoxa çıxır  FOTO

Kanadanın Nava Scotia adasının yaxınlığında yerləşən bu kiçik ada bu günə kimi milyonlarla insanın diqqətini çəkib. Adanı araşdırmaq üçün bura gələn mütəxəssislər təssüf ki, heç bir məlumat əldə edə bilməyiblər. Əfsanələrə görə, insanların bu adaya həddən ziyadə diqqət göstərməsinin səbəbi adada gizli xəzinənin olmasıdır.

Qədim dövrlərdə bu günə kimi insanlar hər zaman gizlədilmiş xəzinələrin varlığına inanıblar. Bu səbəbdən də xəzinə axtarışına çıxan insanların başlarına gələn qorxunc hadisələrin sayı-hesabı yoxdur.

Müxtəlif şayiələrə görə, məhz Oak adasında da heç kimin təxmin edə bilməyəcəyi dəyərdə xəzinə gizlədilib. Haqqında müxtəlif əfsanələr gəzən bu adanı bəzi mənbələrdə "pul quyusu" da adlandırırlar.

Son.az publika.az-a istinadən 221 ildir qazılan, axtarışlar aparılan Oak adasında yerləşən müxtəlif tələlər və qorxunc hadisələrlə bağlı maraqlı faktları təqdim edir:

Bir rəvayətə görə, 1795-ci ilin yaz aylarında 16 yaşlı Daniel McGinnis gəmisi ilə Mahone Körfəzini keçib və Oak adasını gəlir. Əvvəl köhnə cığırlardan meşənin dərinliklərinə doğru yol alan Daniel, daha sonra ətrafında ağacların olmadığı ucsuz-bucasız bir bölgəyə çıxır. Bölgədə yalnız bir böyük palıd ağacı olub. Palıd ağacının budaqlarından biri budanmış və yaxındakı çalaya basdırılmışdı. Ağacın ətrafında qazılmış və sonradan üstü örtülmüş bu çuxur Danielin diqqətini çəkib. Daniel bəlkə də xəzinəni tapan ilk insan olub. Lakin həmin gün evə qayıdıb. Qərar verib ki, ertəsi gün dostları ilə birlikdə buraya yenidən gələr və çuxurun içərisində tam olaraq nəyin gizlədildiyini öyrənər. Məhz bu çuxur sonradan "pul çuxuru" adlandırılmağa başlayıb.

Yenidən əraziyə gələn 3 nəfər yeniyetmə çuxuru qazmağa başlayıb. 9 metr dərinlikdə qazılan çuxurdan heç bir şey tapmayan gənclər geri dönüb ərazidə qazıntı işləri aparmaları üçün Chestera ərazisindəki insanlardan kömək istəyiblər.

Gənclərin nədən bəhs etdiklərini ilk anlayan yaşlı bir qadın olub. O, bölgədə məskunlaşan ilk insanlardan idi. Qadının anası keçmişdə Oak adasında yaşanan qorxunc hadisələrdən danışıb:

"Bir zamanla Oak adasında odlar və qəribə işıqlar görünürmüş. Hadisənin nə olduğunu aydınlaşdırmaq üçün bir gəmi dolusu adam adaya gedib və onlar heç bir iz olmadan yoxa çıxıblar. Həmin hadisənin üzərindən 9 ilə yaxın vaxt keçib, amma o insanların nə ölüsü, nə də dirisi haqqında heç bir məlumat yoxdur."


Xəbərə aid fotolar