Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?


Dünya 17 Apr 2018 23:56:00 234 0

Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?

Ermənistan paytaxtında günlərdir küçələrə faktiki nəzarət edən etirazçıların məqsədi hakimiyyəti və əlbətdə ki, ölkənin xarici siyasət kursunu dəyişdirməkdir. Bu da öz növbəsində "rəngli inqilab"a aparır.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunları müxalif deputat Nikol Paşinyanın tərəfdarlarının Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq İrəvanda başlayan, ölkənin digər bölgələrinə də yayılan güclü etiraz hərəkatını Rusiyanın "Sputnik" agentliyinə şərh edən erməni hərbi ekspert Ayk Nahapetyan deyib.

Nahapetyanın fikrincə etirazçılar başqa ölkələrdə "rəngli inqilab" təşkilatçılarının metodları ilə hərəkət edir. "Rəngli inqilab"ın emissarları Ermənistanda hakimiyyətdən yığılıb qalmış narazılıqlardan istifadə etməyə çalışır. Onun fikrincə Ermənistanda "rəngli inqilab" texnologiyasının tətbiq edildiyi açıq-aşkardır.

Məsələn, etirazçı qız və oğlanın polis kordonunun qarşısında öpüşən yerdə çəkilmiş fotosu sürətlə bütün dünyaya yayılıb. Nahapetyan qeyd edib ki, bu mənzərə Kiyevdə "Maydan" hərəkatı zamanı da qeydə alınmışdı. Onun bildirdiyinə görə etirazçılar arasında polislə toqquşma zamanı özünü necə aparmaq, necə təşkilatlanmaq və s. barədə vərəqələr paylanır. Nahapetyan təşkilatçıların Qərbdə olduqlarını deyib.