Cəlilabadda yük maşını mikroavtobusla toqquşub, ölən və yaralananlar var


Sosial 17 Apr 2018 23:41:40 329 0

Cəlilabadda yük maşını mikroavtobusla toqquşub, ölən və yaralananlar var

Qəza Ələt-Astara magistral yolunda baş verib

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saat təxminən 22:50 radələrində Ələt-Astara magistral yolunun rayonun Alar kəndi ərazisindən keçən hisəsindəki yanacaqdoldurma stansiyası yaxınlığında qeydə alınıb.

Kartofla dolu “Qazel” markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə cəlb olunmuş Cəlilabad və Biləsuvar "təcili yardım" maşınları ilə yaralılardan biri Cəlilabad, digər 3 nəfər isə Biləsuvar Mərkəzi Rayon xəstəxanalarına çatdırılıb.

İlkin məlumata görə, Cəlilabad xəstəxanasına aparılan yaralı yolda dünyasını dəyişib. Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.