2018ci ilin ekoloji baxımdan ən kirli meyvələrin


Digərləri 17 Apr 2018 23:40:00 272 0

2018ci ilin ekoloji baxımdan ən kirli meyvələrin

Amerikanın Ekologiya İşçi Qrupu 2018-ci ilin "Zərərli Məhsulları" siyahısını açıqlayıb.   Son.az medicina.az-a istinadən bildirir ki, ekoloji baxımdan 2018-ci ilin ən kirli və zərərli meyvəsi çiyələkdir.

Aparılan araşdırmalara görə, 2018-ci ilin ən təhlükəli məhsulları siyahısında çiyələk birinci gəlir. Buna səbəb giləmeyvənin tərkibindəki pestisit qalıqlarının çox olmasıdır. Zərərli məhsullar siyahısına orqanizm üçün faydalı olan ispanaq, şaftalı, tüksüz şaftalı, alma və gilas da daxil edilib.

Bununla yanaşı ən təmiz məhsulların da siyahısı təqdim edilib.