Külək niyə əsir? Əsməsə, nə olar?


Digərləri 17 Apr 2018 23:45:00 249 0

Külək niyə əsir? Əsməsə, nə olar?

İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq.

"Ey Mufəzzəl! Səni küləkdən və onun xüsusiyyətlərindən agah edim. Məgər görmürsənmi ki, külək qalxan və yatan zaman nə müsibətlər baş verir? Canlar həlak olmaq təhlükəsində qalır. Sağlamları xəstə, xəstələri həlak edir. Meyvələri məhv edir. Yaşıllıqları çirkləndirir və faydasız edir. Ardınca vəba gətirir və tarladakı məhsulu məhv edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də küləyin əsməsi Müdrik Allahın tədbir və hikmətidir ki, aləmin xeyirinə fəaliyyət göstərməkdədir.

Əsən küləyin cinsi havadandır. Külək bədənləri sərinləşdirər. Buludları bir tərəfdən başqa tərəfə aparar ki, dağılsınlar. Yağış yağdırsınlar ki, faydası hamıya çatsın. O zaman ki, yağar -  külək buludları bir-birindən ayırar. Gəmiləri hərəkətə gətirər. Yeməyi lətif və yeyilə biləcək edər. Suyu soyudar və atəşi alovlandırar. Tərli olan şeyləri qurudar.