İranın neft şirkətinə məxsus vertolyot qəzaya uğrayıb


Dünya 17 Apr 2018 23:29:24 255 0

İranın neft şirkətinə məxsus vertolyot qəzaya uğrayıb

Hadisə Fars körfəzində baş verib

İranın neft şirkətinə məxsus vertolyot çərşənbə axşamı Fars körfəzində qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilir ki, vertolyot Lavan adasından Kiş adasına uçurmuş. Hava gəmisinin göyərtəsində 5 nəfər olub. Onlardan ikisi artıq xilas edilib.