Kütlələri idarə edən elm


Digərləri 17 Apr 2018 23:35:00 273 0

Kütlələri idarə edən elm

Kütlələr faciəyə səbəb ola bilər, lakin eyni zamanda onlar məntiqli də davrana bilərlər.

Alimlər insan qruplarının davranışını öyrənməklə gələcəkdə ölümcül hadisələrin qarşısını almağın yollarını axtarırlar.

Bəzən geniş kütlənin bir hissəsi olmaq faciəvi ola bilər. 2017-ci ildə Anqoladakı futbol stadionu, İtaliyadakı meydanların biri və Mərakeş yemək yardım mərkəzi də daxil olmaqla bir neçə ölümcül izdihamlar baş verib.

Bu faciəvi hadisələrin qarşısını bir çox hallarda almaq mümkündür. Britaniyalı alimlər gələcəkdə belə hadisələrin sayını minimuma endirməyin yollarını axtarırlar.

"Əksər insan davranışlarını öncədən müəyyən etmək mümkündür, çünki biz rasional varlıqlarıq", Britaniyadakı Smart Space mühəndis qrupuna rəhbərlik edən Shirkant Sharma deyir.

Kütlə psixologiyası 19-cu əsrdən bəri mövcuddur. Lakin son bir neçə onilliklər ərzində izdahama qarşı "ağılsız kütlə" yanaşması yaranıb.

"Kütlə də fərdlər kimi psixoloji səciyyəvidir", Sussex Universitetində kütlə idarəçiliyinin sosial psixologiyası eksperti John Dury deyir.

1980-ci illərdə psixoloji tapıntılar kütləvi iğtişaşlara, 2000-ci illərdə kütləvi fövqəladə hallara və 2010-cu illərdə musiqi festivalarına və böyük tədbirlərə aid edilib.

İndi isə kütlə psixologiyası daha ixtisaslaşmış hallar üçün istifadə edilir - məsələn, CBRN (kimyəvi, bioloji, radioloji və nüvə) hücumları.

Kütlə şüuru

Əslində psixoloqların və faciəvi hadisələrlə bağlı ixtisaslaşmış mütəxəssislərin tədqiqatları göstərir ki, kollektiv kimlik tez-tez fövqəladə hadisələr zamanı ortaya çıxır.

Bu kimlik çətin vəziyyətlərdə kütlənin necə həmrəy olacağını müəyyənləşdirməyə kömək edir.

2005-ci il Londonda baş vermiş 7/7 partlayışları zamanı sağ qalmış şəxslərlə müsahibə edən Drury və həmkarları aşkar ediblər ki, kütlə üzvləri arasında bir-birinə dəstək halları çox olub: onlar bir-birlərinə təskinlik verib, su bölüşüb və ilkin tibbi yardım göstəriblər.

Kütləni daha yaxşı idarə etmək üçün onu parçalamaq isə (məsələn, dini və ya etnik qruplara) faydasız olardı.

Bu tədqiqatların nəticələri Britaniya səhiyyə təşkilatının (NHS) qaydalarına daxil edilib.

Kütlə faciəvi ola bilər - lakin maraqlıdır ki, o, rasional da olur

Bu cür kütlələrin idarə edilməsini anlamaqda əhəmiyyətlidir. Pank və ya metal musiqisi konsertləri zamanı iştirakçıların bir-birlərini itələməsini misal götürmək olar.

Kənardan çox əcaib görünsə də, bu davranışda məntiq var. Bu, pərəstişkarları tapdalanmaqdan qoruyur.

"Kütlə təhlükəsizliyi menecerləri anlayırlar ki, bu cür konsertlərdə itələmələr qaydalarla bağlıdır", Drury deyir.

Lakin təcrübəsiz olan təhlükəsizlik işçisi bu davranışın problem olduğunu düşünərək fiziki müdaxilə edərsə təhlükəli vəziyyətə səbəb ola bilər.

Bu, 1989-cu ildə İngiltərənin Sheffield stadionunda baş verib və 96 nəfərin ölümü ilə nəticələnib.

Bəzi polis və təhlükəsizlik əməkdaşlarının mümkün xuliqanlıqdan narahat olaraq tədbirlər görməsi vəziyyəti daha da pisləşdirib.

Psixoloji nəzərdən kütlə təhlükəsini şişirtməmək də ciddi rol oynayır.

Drury izah edir ki, faciəvi hadisələr nadir hallarda baş versə də, media və ictimai rəy tez-tez təhlükəni şişirdir.