Yeni doğulmuş övladınızda bu əlamətlər varsa...


Digərləri 17 Apr 2018 22:55:00 269 0

Yeni doğulmuş övladınızda bu əlamətlər varsa...

Orqanizmdə daxili sekrasiya vəzi kimi fəaliyyət göstərən qalxanabənzər vəz hormonunun çatışmazlığı hipotiroid adlandırılır. Yeni doğulmuş uşaqlarda ən çox rast gəlinən endokrinoloji problemlərdəndir.

Son.az medicina.az-a istinadən bildirir ki, pediatr Altay Abdullaoğlunun sözlərinə görə, tiroid hormonu bətndaxili dövrdə və 2 yaşına kimi böyümə və əqli inkişafı təmin edən hormondur:

"Buna görə də erkən qoyulmuş diaqnoz və müalicə əqli geriliyin qarşısını ala bilər. Gec müalicə edilərsə, əqli inkişaf geriliyi qalıcı olur. Bu baxımdan erkən diaqnoz çox önəmlidir. Bunun üçün bir çox ölkələrdə yeni doğulmuş körpələrdən "topuq testi" adlandırılan metodla qan alınaraq erkən diaqnoz qoyula bilir". Mütəxəssis yeni doğulmuşlarda hipotiroidin hansı əlamətlərlə müşahidə edildiyini açıqlayıb:

"-İri çəki ilə doğulma

-Uzanmış sarılıq

-Arxa əmgəyin böyük olması və gec bağlanması

-Böyük dil

-Qəbizlik