Dəstəmaz alan zaman İmam Əli nə deyirdi?


Digərləri 17 Apr 2018 22:45:00 346 0

Dəstəmaz alan zaman İmam Əli nə deyirdi?

Bir gün İmam Əli (ə) oğlu Muhəmməd Hənəfiyyənin yanına gəlir və buyurur: "Bir qab su gətir!".

Son.az deyerler.org-a istinadən bildirir ki, Muhəmməd suyu gətirir və Həzrət (ə) əllərini yuyub buyurur: "Allahın adına təbərrük edirəm, Ondan yardım istəyirəm. Həmd Allaha məxsusdur ki, suyu pak və pak edən yaratmışdır".

Sonra suyu ağzında dolandırdı və buyurdu: "Allahım! O gün ki, Səninlə görüşəcəyəm, hüccətimi mənə təlqin et və dilimi zikrin üçün aç".

Sonra su ilə burnunu yudu və buyurdu: "Allahım, behiştin iyini mənə haram etmə. Məni o kəslərdən qərar ver ki, behiştin ətrini hiss etsin".

Sonra üzünü yudu və buyurdu: "Allahım! O gün ki, günahkarlar qaraüzlüdürlər, məni ağ üzlü et. O gün ki, salehlər üzü ağdırlar, üzümü qara etmə".