Yerevanın mərkəzində mitinq keçirilir VİDEO


Dünya 17 Apr 2018 22:14:00 290 0

Yerevanın mərkəzində mitinq keçirilir  VİDEO

Ermənistanda "Mənim addımın" hərəkatı Yerevanın Respublika meydanında kütləvi mitinq keçirir.

Son.az oxu.az-a istinadən bildirir ki, bundan əvvəl Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkədə inqilabi vəziyyətin yarandığını bildirib və vətəndaşları 18:30-da Respublika meydanına toplaşmağa çağırıb.

"Biz mitinq təşkil edəcəyik və inanırıq ki, bu ən kütləvi mitinqə çevriləcək. Yaşasın bu gün Ermənistanda başlayan xalq inqilabı", - deyə Nikol Paşinyan bildirib.

Qeyd edək ki, çevik polis qüvvələri Baqramyan prospektini tikanlı məftillərlə bağlayıb, səsli qumbaraları hazır vəziyyətə gətirib.  

Aksiyanın təşkilatçısı Nikol Paşinyan tikanlı məftillərdən ibarət maneəni aşıb. Bəzi tərəfdarlar onun bu hərəkətini təkrarlamağa çalışıb.  Nəticədə polis etirazçıları geri çəkmək üçün xüsusi vasitələrdən, o cümlədən, səsli qumbaralardan istifadə edib.


Xəbərə aid video