ABŞda 143 nəfərin olduğu təyyarə məcburi eniş edib


Dünya 17 Apr 2018 22:06:00 221 0

ABŞda 143 nəfərin olduğu təyyarə məcburi eniş edib

ABŞ-da "Southwest Airlines" aviaşirkətinə məxsus Boeing 737-700 təyyarəsi Filadelfiya hava limanında məcburi eniş edib.

Son.az Trend-ə istinadən bildirir ki, insident nəticəsində bir nəfər xəstəxanaya yerləşdirilib.

Hava gəmisinin mühərrikdə yaranmış nasazlıq səbəbindən məcburi eniş etdiyi bildirilir.