2500dən çox küçə və prospektin məkan göstəriciləri təsdiqlənib


Digərləri 17 Apr 2018 22:07:00 258 0

2500dən çox küçə və prospektin məkan göstəriciləri təsdiqlənib

2017-ci il ərzində Azərbaycanda məkan göstəricilərinin təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanlarına respublika tabeli şəhər və rayon mərkəzləri üzrə 3 minə yaxın küçə və prospekt adı göndərilib.

Son.az Trend-ə istinadən bildirir ki, onlardan 2500-dən çoxunun məkan göstəriciləri təsdiqlənib.

Bununla yanaşı, ötən müddətdə 2056 adsız nəqliyyat infrastrukturunun adlandırılması üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilib. Onların 2046-a ad verilib.