Ermənistan müxalifəti "məxməri inqilab" komitəsinin yaradıldığını elan edib


Dünya 17 Apr 2018 21:56:05 262 0

Ermənistan müxalifəti "məxməri inqilab" komitəsinin yaradıldığını elan edib

Ölkədə dövlət idarələrinin blokadasına çərşənbə günündən başlanacaq

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı etiraz aksiyasına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan "məxməri inqilab" komitəsinin yaradıldığını elan edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, həmçinin bəyan edib ki, ölkədə dövlət idarələrinin blokadasına çərşənbə günündən başlanacaq və onun tərəfdarları İrəvan küçələrində hakimiyyət nümayəndələri üçün buraxılış məntəqələri yaratmaq niyyətindədirlər.

Muxalifət mitinqdən sonra İrəvanın küçələri ilə yürüşə başlayacaq. Eyni zamanda Paşinyan etirazçıları küçələrdə qalmamağa çağırıb.

"Yürüşü keçirib Respublika meydanına qayıdırıq, musiqiyə qulaq asıb gecələmək üçün evə gedirik", - deyə o bildirib.