İmtina edə bilmirsinizsə,


Digərləri 17 Apr 2018 21:55:00 244 0

İmtina edə bilmirsinizsə,

Şokolad qan dövranı üçün faydalıdır. Qan dövranının tənzimləməsi isə ürəyin fəaliyyəti üçün mühümdür. Ancaq bütün növ şokoladlar eyni təsirə malik deyil. Bu səbəbdən sağlamlığınız üçün düzgün şokolad seçmək şərtdir.

Son.az medicina.az-a istinadən bildirir ki, şokoladın ləzzətli olması kakao toxumlarının tərkibindəki flavanoidlərdən irəli gəlir. Bu isə ürəyi daha sağlam edir. Bu maddələr orqanizmdə zərərli hüceyrələrə zərər verən sərbəst radikallarla mübarizə aparan antioksidanlardır:

Xolestrolu aşağı salır

Təzyiqi aşağı salır

Yapışqan trombositlərin qarşısını alır.

Mütəxəssislər qara şokoladın ən yaxşı seçim olduğunu bildirir. Çünki tərkibinə az müdaxilə olunduğundan flavonoid maddəsi ilə daha zəngin olur. Tərkibinin 35 faizini kakao, geri qalanını isə kakao yağı, şəkər, vanil təşkil edir.