Azərbaycana hər kəsə pul qazandıracaq


Digərləri 17 Apr 2018 21:24:00 316 0

Azərbaycana hər kəsə pul qazandıracaq

Ölkəmizə plastik butulkalardan daha səmərəli istifadə etməyə imkan verən yeni aparatlar gətirilib. Fandomat adlanan bu qurğu vasitəsilə tullantı qabların qarşılığında pul qazanmaq mümkün olacaq. Qafqazda da bir ilk olan bu aparatların ilkin olaraq Bakıda quraşdırılması nəzərdə tutulur.

Azərbaycana bir çox insana pul qazandıracaq aparatlar gətirilib. Artıq zibil hesab etdiyimiz plastik və dəmir butulkaları da gəlirə çevirmək mümkün olacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Avropa ölkələrində geniş yayılan və ekoloji təmizliyin qorunmasında mühüm rol oynayan fandomat aparatlarını tezliklə Bakı küçələrində görə biləcəyik.

Gətirilən aparatların insanların sıx olduğu yerlərdə quraşdırılması nəzərdə tutulur.


Xəbərə aid video