Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir


Siyasət 17 Apr 2018 21:29:00 225 0

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Küveyt Dövlətinin Vəliəhdi Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib. Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Yeni prezidentlik dönəminizdə də dost Azərbaycan xalqı üçün xeyir-bərəkət və inkişaf naminə həyata keçirəcəyiniz işlərdə Sizə davamlı uğurlar diləyirəm. Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və səadət arzulayır, dost ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi ilə bağlı qəti inamımızı bir daha ifadə edirəm". XXX Estoniya Prezidenti Kersti Kalyulaydan Prezident İlham Əliyevə təbrik məktubu gəlib: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolunda birgə çalışmağa davam edəcəyik. Mənim ən yüksək ehtiramımı, eləcə də Azərbaycan Respublikasının və onun xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm". XXX XXI Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçıları adından: "Hörmətli cənab Prezident. Qardaş Azərbaycan xalqının böyük xeyir-duası ilə yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə XXI Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçıları adından Zati-alinizi səmimi qəlbdən təbrik edirik. Ali rəhbərliyinizlə hər ötən gün daha sabit və sülh şəraitində inkişaf edən Azərbaycan xalqını bu seçim münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq". XXX Seneqal Respublikasının Prezidenti Məkki Salldan: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram. Ölkənizin inkişafı, vətəndaşlarınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün birgə səylərimizi davam etdirmək əzmində olduğuma əmin ola bilərsiniz". XXX Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi Məhəmməd Sanusi Barkindodan: "Zati-aliləri cənab Prezident. Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) bütün üzv ölkələri adından ürəkdən təbrik edirəm. Seçicilərin böyük əksəriyyətinin Sizə səs verməsi ölkənizin rəhbəri kimi Sizin vacib rol oynadığınızı bir daha təsdiq etdi. Əminik ki, Siz Azərbaycanın tərəqqisi, rifahı və sabitliyi istiqamətində yorulmaz fəaliyyətinizi uğurla davam etdirəcəksiniz. Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, 2016-cı ildə "Əməkdaşlıq Bəyannaməsi"nin qəbul edilməsində Azərbaycanın fəal və konstruktiv rolu danılmazdır. Azərbaycanın və digər neft ixrac edən ölkələrin nümayiş etdirdiyi dəstək və həmrəylik bu gün dünya neft bazarında sabitliyin bərpa edilməsində əhəmiyyətli rol oynamışdır. Fürsətdən istifadə edərək, bu prosesin uğurla həyata keçirilməsində davamlı dəstəyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz dünya enerji məsələləri üçün əhəmiyyətli bir dönəmə təsadüf edir və neft ixrac edən ölkələrin birgə səylərinin daha da möhkəmləndirilməsi və həyata keçirilməsi istiqamətində Sizin aparıcı rolunuzu davamlı edir. Bu il martın 18-19-da ölkənizdə səfərdə olarkən mənə və Neft İxrac edən Ölkələr Təşkilatının nümayəndə heyətinə göstərdiyiniz səmimi qonaqpərvərliyi məmnunluqla xatırlayırıq. Azərbaycanda Sizinlə apardığımız müzakirələr çox məhsuldar və əhatəli olmaqla yanaşı, həm də geniş imkanlar vəd edir. Beləliklə, Neft İxrac edən Ölkələr Təşkilatının üzv ölkələri olaraq gələcəkdə də Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün mümkün yeni perspektivləri araşdırmaq niyyətindəyik. Zati-aliləri, Sizi bir daha səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram". XXX Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovdan: "Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin deputatları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Sizin siyasi nüfuzunuzun yüksək olduğunu əyani surətdə təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində Zati-alinizin xidmətlərinin etiraf olunduğunu göstərir. Azərbaycan xalqı öz ölkəsinin sabit gələcəyinin, tərəqqisinin və firavanlığının xeyrinə bu dəfə də düzgün seçim edib. Ümidvaram ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə Rusiya Federasiyası ilə qarşılıqlı faydalı dostluq əlaqələrini vətəndaşlarımızın başlıca maraqlarına tam müvafiq surətdə möhkəmləndirmək xəttini davam etdirəcək. Öz tərəfimdən Sizi əmin edirəm ki, biz də xalqlarımızın çoxəsrlik ənənələrə əsaslanan dostluq və əməkdaşlıq ruhuna həmişə sadiq qalacağıq. İcazə verin, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyim". XXX ASAP - Beynəlxalq Reklam və Tanıtım Təşkilatının prezidenti Lluis J. Gilbertdən: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi məmnuniyyətlə təbrik edir, yeni səlahiyyət müddətinizin də uğurlu keçməsini arzulayıram. 2018-ci il aprelin 28-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün şəhərinizdə səfərdə olarkən Sizinlə görüşməkdən məmnun olardım. Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz". XXX BP şirkətinin baş icraçı direktoru Robert Dadlidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib. Təbrikdə deyilir: "Cənab Prezident İlham Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezid