Buktreyler festivalının münsiflər heyətinin tərkibi açıqlanıb


Digərləri 17 Apr 2018 21:27:00 274 0

Buktreyler festivalının münsiflər heyətinin tərkibi açıqlanıb

Üçüncü Buktreyler Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb

Bakı. Kinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təssiçisi olduğu, Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi, Azercell və Libraff-ın tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Üçüncü Buktreyler Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb. Trend-in məlumatına görə, münsiflər heyətinin tərkibinə Çingiz Abdullayev (Azərbaycan detektiv yazıçısı, nasir, publisist, hüquq elmləri doktoru. Yazıçılar Birliyinin üzvü, PEN-klubun sədri), Oqtay Mirqasımov (kinorejissor, ssenarist, xalq artisti), Yusif Şeyxov (ssenarist, Əməkdar Mədəniyyət İşçisi, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri), Mehriban Zəki (teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı), Murad Dadaşov (əməkdar artist, tanınmış teleaparıcı, kreativ teleprodüser, aktyor) daxildir. Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Aprelin 8-də III Buktreyler Festivalına buktreylerlərin qəbulu başa çatıb. Artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq. Festivalın obyektiv keçirilməsi məqsədi ilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq (yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq). Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.