Həm məhsuldarlığa təsir edir, həm də su itkisinin qarşısını alır VİDEO


Digərləri 17 Apr 2018 21:13:00 267 0

Həm məhsuldarlığa təsir edir, həm də su itkisinin qarşısını alır  VİDEO

Saatlıda bəzi fermerlər əkin sahələrini yeni üsulla suvarmağa başlayıb. Yeni üsulla həm suya qənaət edilir, həmdə sahənin bərabər suvarılması təmin olunur. Fermerlər bu avadanlığın yalnız 60 % -nin pulunu ödəyir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, həm məhsuldarlığa təsir edir, həm də su itkisinin qarşısını alır.

Hazırda Saatlı rayonunda bir neçə fermer süni yağış adlanan suvarmaya üstünlük verir. Xüsusi qurğu sayəsində həyata keçirilən bu suvarama növü sahənin bərabər suvarılmasını təmin edir və torpağın bərkiməsinin qarşısını alır.

Qurğu saatda 16 ton su ötürmək qabiliyyətinə malikdir.Paralel su paylamaqla yanaşı düzünə hərəkət edən qurğu təzyiq vasitəsi ilə nizamlanır.Bütün bunlar isə daha çox məhsulun əldə edilməsinə imkan yaradır.


Xəbərə aid video