Saxta yuyucu vasitələr satan şəxslər saxlanılıb VİDEO


Digərləri 17 Apr 2018 21:06:00 440 0

Saxta yuyucu vasitələr satan şəxslər saxlanılıb  VİDEO

Gəncədə saxta təmizlik malları dövriyyədən çıxarılıb. Polis məşhur markaların yuyucu vasitələrinin saxta nümunələrini müsadirə edib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə saxta yuyucu vasitələrin səyyar formada satılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən 37 yaşlı Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobil saxlanılıb və idarəyə gətirilib.

Aşkar olunan məddələr müsadirə edilərək dövriyyədən çıxarılıb. Götürülən maddi sübutlar məhkəmə-kimyəvi ekspertizasına göndərilib. Faktla bağlı araşdırma aparılır.