Nazirlik pensiyaçının sosial şəbəkələrdə yayılan videoçıxışına münasibət bildirib: "50 qəpik yox, 10.96 manat artıb"


Digərləri 17 Apr 2018 20:34:00 280 0

Nazirlik pensiyaçının sosial şəbəkələrdə yayılan videoçıxışına münasibət bildirib: "50 qəpik yox, 10.96 manat artıb"

Əmək pensiyaçısı olan Qarayev Habil Qara oğlunun sosial şəbəkələrdəki məlum səhifələrdə paylaşılan videoçıxışında guya onun aşağı məbləğdə pensiya alması və bu ilin əvvəlindən pensiyasının cəmi 50 qəpik artırılması barədə dedikləri, sadəcə olaraq, məqsədli şəklidə yalan söyləməkdən başqa bir şey deyil.

Son.az bildirir ki, bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

E.Babayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən 2018-ci ilin 1 yanvar tarixindən əmək pensiyaları 2017-ci il ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilməklə, 5,7 faiz artırılıb: