Rusiyada ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın daha bir bölmə iclası keçirilib


Digərləri 17 Apr 2018 20:09:49 457 0

Rusiyada ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın daha bir bölmə iclası keçirilib

Rusiyada ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın daha bir bölmə iclası keçirilib

Bakı. Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Universitetdən Trend-ə verilən məlumata görə, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda konfransın bölmə iclasları keçirilib. Aprelin 16-da Rusiyanın A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən beynəlxalq konfransın "Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi" mövzusunda bölmə iclası keçirilib. Dövlət Rus Dili İnstitutunun Elmi işlər üzrə prorektoru professor M.A.Osadçıy tədbiri giriş sözü ilə açaraq institutun rektoru professor M.N.Rusetskayanın adından Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevə təşəkkür edib. O, bildirib ki, Kamal Abdulla Azərbaycan və Rusiya universitetləri arasında əlaqələrin bərpası istiqamətində çox böyük işlər görür. Daha sonra Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub. Bölmə iclasında Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri V.R.İmaməliyev səfir Polad Bülbüloğlunun konfrans iştirakçılarına təbrikini və təşəkkürünü çatdırıb, ulu öndərin Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafı üçün atdığı addımlardan danışıb.