Mənzil ən çox Yeni Yasamalda, Əhmədlidə və daha harada satılır? - SƏBƏB


Digərləri 17 Apr 2018 20:01:18 243 0

Mənzil ən çox Yeni Yasamalda, Əhmədlidə və daha harada satılır? - SƏBƏB

Bakıda mənzil bazarında ən böyük aktivlik Yeni Yasamalda, mikrorayonlarda və Əhmədlidə müşahidə olunur

Bakı. Ənvər Məmmədov - Bakıda mənzil bazarında ən böyük aktivlik Yeni Yasamalda, mikrorayonlarda və Əhmədlidə müşahidə olunur. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə heyətinin sədri Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, yüksək tələbat bu bölgələrdə mənzillərin daha əlçatan olması ilə əlaqədardır. Bir kvadrat metr üçün orta qiymət 1200-1300 manat ətrafında dəyişir.