Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" dəhlizinin logistik operatorunun yaradılması məsələsini müzakirə edir


Digərləri 17 Apr 2018 19:37:00 265 0

Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" dəhlizinin logistik operatorunun yaradılması məsələsini müzakirə edir

"Rusiya Dəmir Yolları" İran, Hindistan və Azərbaycanla "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin logistik operatorunun yaradılması məsələlərini müzakirə edir.

Bakı. "Rusiya Dəmir Yolları" İran, Hindistan və Azərbaycanla "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin logistik operatorunun yaradılması məsələlərini müzakirə edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Rusiya Dəmir Yolları"nın baş direktorunun müavini Aleksandr Mişarin deyib: "Biz hazırda belə bir operatorun yaradılması variantlarını müzakirə edirik. Bu, Rusiya-İran hökumətlərarası komissiyasında təqdim edilib. Bu gün biz bununla bağlı iranlı, eləcə də azərbaycanlı həmkarlarımızla danışıqlar aparırıq".