Tunardan Çiçəyin açıqlamasına sərt cavab


Şou-biznes 17 Apr 2018 19:10:00 298 0

Tunardan Çiçəyin açıqlamasına sərt cavab

Müğənni Tunar Rəhmanoğlunun keçmiş nişanlısı Şəhla Vakkasa cavabı gecikməyib.

Son.az xəbər verir ki, Çiçək ləqəbli aparıcının "Tunarın mənə olan sevgisinə "Məcnun sevgisi" deyirdilər" sözləri sənətçini əsəbiləşdirib.

Tunar axşam.az-ın İnstaqram səhifəsində paylaşılan Çiçəyin açıqlamasının altından şərh yazıb. O, keçmiş nişanlısının dediklərini lazımsız hesab etdiyini vurğulayıb:

"Çox gərəksiz... Mənasız, yersiz, lazımsız söhbətlərdə başlıq xəbər olmağa vaxtım yoxdur. Şişirdiləcək bir şey yoxdur. Məcnun və Romeonun ruhuna fatihə. Amma mən onları yalnız filmlərdən tanıyıram".