Şifahi müsahibə mərhələsindən keçən vəkilliyə namizədlərin siyahısı açıqlanıb


Digərləri 17 Apr 2018 18:51:00 325 0

Şifahi müsahibə mərhələsindən keçən vəkilliyə namizədlərin siyahısı açıqlanıb

86 nəfər vəkilliyə namizəd aprel ayının 23-də Ədliyyə Akademiyasında başlayacaq icbari təlimə buraxılıb.

Bakı. Elçin Mehdiyev - Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilməkdədir və onlardan növbəti 94 nəfər vəkilliyə namizəd şifahi müsahibə mərhələsində iştirak edib. Vəkillər Kollegiyasından Trend-ə verilən məlumata görə, imtahanın nəticəsinə əsasən Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 86 nəfər vəkilliyə namizəd aprel ayının 23-də Ədliyyə Akademiyasında başlayacaq icbari təlimə buraxılıb. İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaqdır. Həmçinin, namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər. Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyənamizədlərin siyahısı