Azərbaycan Kubokunda yarımfinal matçlarının təyinatları açıqlandı


İdman 17 Apr 2018 18:37:00 332 0

Azərbaycan Kubokunda yarımfinal matçlarının təyinatları açıqlandı

Azərbaycan Kubokunun  yarımfinal mərhələsinin cavab oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Goal.az xəbər verir ki, "Sumqayıt" - "Keşlə" matçı Əliyar Ağayevə, "Neftçi" - "Qəbələ" oyunu isə Rauf Cabbarova tapşırılıb. 

Qeyd edək ki, həlledici oyunlar “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

18 aprel (çərşənbə)
“Sumqayıt” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

“Kapital Bank Arena”, 17:00

 

“Neftçi” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Əli Hüseynov

“Bakcell Arena”, 20:00